7-10 oktyabr tarixlərində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb.
“Tehsil365” “muallim.edu.az”a istinadən xəbər verir ki, bu barədə məlumat Təhsil İnstitutunun rəsmi portalında — muallim.edu.az saytında yerləşdirilib. Bildirilib ki, müsahibə mərhələsində iştirak edən müəllimlər nəticələrlə portal.edu.az platforması üzərindən tanış ola bilərlər.
Qeyd edək ki, sertifikatlaşdırma prosesi müəllimlərin peşəkarlıq səviyyəsinin və tədris keyfiyyətinin artırılması məqsədilə həyata keçirilir. Proses çərçivəsində pedaqoji işçilərin biliyi, bacarığı və tədris fəaliyyətinə yanaşması qiymətləndirilir.