Təhsil 365 - Logo Mobile

Cambridge CELTA kursunu uğurla bitirənlərə beynəlxalq sertifikatlar təqdim olunub

10513.10.2025 - 14:55
Cambridge CELTA kursunu uğurla bitirənlərə beynəlxalq sertifikatlar təqdim olunub

Bu gün AMİM Cambridge Assessment English təşkilatı ilə birgə 2025-ci il ərzində təşkil etdiyi növbəti CELTA kursunu uğurla tamamlayan bir qrup yerli ingilis dili müəlliminə Cambridge beynəlxalq sertifikatları təqdim edilib.

“Tehsil365” xəbər verir ki, ilk dəfə olaraq bu il proqramda ümumilikdə əyani və onlayn formatda keçirilmiş kurslarda 60 ingilis dili müəllimi iştirak edib ki, bu da keçən il iştirak etmiş müəllimlərdən üç dəfə çoxdur.

Tədbirdə çıxış edən Avropa Azərbaycan Məktəbinin rəhbəri cənab Françesko Bankini təlimin əhəmiyyəti barədə danışaraq, bütün iştirakçıları təlimləri uğurla bitirmələri münasibətilə təbrik edərək, onlara gələcək peşəkar fəaliyyətlərində yeni uğurlar arzulayıb: “Bu gün CELTA qrupunun ikinci kursunu tamamladıq və sertifikatların təqdim edilmə mərasimini keçirdik. Bundan sonra üçüncü və dördüncü qrup olacaq. Bununla yanaşı, bizdə növbəti mərhələ də var ki, həmin mərhələdə ingilis dili sertifikatlaşdırma prosesində yeni pillə nəzərdə tutulub. Azərbaycan Müəllim İnkişaf Mərkəzi Əhməd Şirinovun rəhbərliyi ilə səmərəli fəaliyyət göstərir. Bu fəaliyyət çərçivəsində biz çalışırıq ki, müraciət edən hər bir müəllimə köməklik göstərək. Eyni zamanda, bizim iş prosesinə cəlb olunmuş bütün müəllimlərə düzgün istiqamət verə bilək ki, qazandıqları təcrübəni dünya miqyasında bölüşə bilsinlər”.

Kursu uğurla bitirərək sertifikat əldə edən müəllimlər öz növbəsində bu kursun onların müəllimlik fəaliyyətinə böyük töhfələr verəcəyi barədə fikirlərini bölüşüblər.Nilufər İmanlı deyib ki, inkişaf etmək üçün CELTA kursuna qoşulub: "Kurs çox intensiv və faydalı oldu. CELTA sayəsində çox böyük naliyyətlər əldə edəcəyimi düşünürəm"

Rasima Hasanova CELTA komandasına minnətdarlığımı bildirərək deyib ki, bu kurs onun gələcək karyerasında daha çox uğur qazanmağına səbəb olacaq.

Xatırladaq ki, CELTA proqramı müəllimləri öyrənənləri və öyrədənləri anlamağa yönləndirən, tədris və öyrənmə kontekstini rəhbər tutan, dil təhlili və məlumatlandırılması, dil bilikləri, dinləmə, danışma və yazma, müxtəlif tədris kontekstləri üçün planlaşdırma və resurslar, tədrisdə bacarıq və peşəkarlığı inkişaf etdirən 120 saatlıq təlim kursudur. Kurslar 10 nəfər beynəlxalq Cambridge mütəxəssisi tərəfindən aparılıb.


Elnarə Həmidli

Haber akışı

Şu anda haber akışın da haber yok...