Təhsil 365 - Logo Mobile

“Ailənin sosial vəziyyəti uşağın təhsilinə birbaşa təsir göstərir” — ekspert

9214.10.2025 - 12:40
“Ailənin sosial vəziyyəti uşağın təhsilinə birbaşa təsir göstərir” — ekspert

Ailənin sosial rifah səviyyəsi uşağın təhsil imkanlarını və akademik nəticələrini müəyyən edən əsas amillərdən biridir.

Bu fikirləri “Tehsil365”ə aşıqlamasında təhsil eksperti Rəvan Məmmədli deyib.

Ekspertin sözlərinə görə, maddi və sosial mühit uşağın təhsilə münasibətində mühüm rol oynayır. Aşağı sosial vəziyyətdə olan ailələrdə uşaqların təhsil resurslarına çıxışı məhdud olur:

“Bəzi ailələrdə kitab, internet, repetitor və ya əlavə dərs imkanları çatışmır. Bu da uşağın tədris prosesində geridə qalmasına səbəb olur. Halbuki, maddi baxımdan təminatlı ailələrdə uşaqlar daha geniş resurslardan faydalana bilir.”

Rəvan Məmmədli əlavə edib ki, sosial mühitin təkcə maddi deyil, mənəvi tərəfi də vacibdir:

“Ailədəki münasibət, valideynin təhsilə verdiyi dəyər və uşağa göstərilən dəstək onun motivasiyasına təsir edir. Valideynlər övladlarının uğuruna inananda və onları ruhlandıranda nəticə də fərqli olur.”

Ekspert sonda vurğulayıb ki, sosial bərabərsizliyin azaldılması və bütün uşaqlar üçün bərabər təhsil imkanlarının yaradılması dövlətin və cəmiyyətin qarşısında duran əsas vəzifələrdəndir.

Aydan Quliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...