13.10.2025-ci il tarixdə saat 10:30 radələrində Tərtər rayonu Seydimli kənd tam orta məktəbində döyülmə hadisəsi səbəbilə 1 nəfər şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.Bu barədə TƏBİB-dən məlumat verilib.
“Tehsil365” “AzTehsil.com” istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü şəxsə baş-beynin silkələnməsi diaqnozu təyin edilib. Pasiyent Bərdə rayonunda yerləşən özəl tibb müəssisələrinin birinə göndərişlə təmin edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
