Təhsil 365 - Logo Mobile

Döyülən müəllim açıqlamalarına görə təzyiqlə üzləşib

11314.10.2025 - 17:45
Döyülən müəllim açıqlamalarına görə təzyiqlə üzləşib

Cəlilabadda məktəbdə döyülən müəllim verdiyi açıqlamalara görə təzyiqlərlə üzləşib.

“Tehsil365“ “AzTehsil.com” istinadən xəbər verir ki, Cəlilabadın Ləkin kənd orta məktəbinin müəllimi Əfsun Məcidov dünən verdiyi eksklüziv müsahibə ilə bağlı bu gün səhər saatlarından təzyiqlərlə qarşılaşıb.

Məlumata görə, rayon təhsil sektorunun müdiri İlkin Zeynalov və digər şəxslər məktəbə gediblər. Əfsun Məcidovun müsahibədə səsləndirdiyi faktlar onun əleyhinə protokollaşdırılıb və ona işdən azad ediləcəyi bildirilib.

Hadisə ilə bağlı Əfsun Məcidov teleqraf-a açıqlamasında deyib ki, müsahibədən sonra ona müxtəlif yollarla inzibati və psixoloji təzyiqlər göstərilir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin yaxın saatlarda açıqlama verəcəyi gözlənilir.

Raul Qarayev

Haber akışı

Şu anda haber akışın da haber yok...