Təhsil 365 - Logo Mobile

Təhsil eksperti:"Krediti düşüncə və bacarıq qiymətləndirilməlidir"

11414.10.2025 - 17:55
Təhsil eksperti:"Krediti düşüncə və bacarıq qiymətləndirilməlidir"

Krediti düşüncə və bacarıq qiymətləndirilməlidir. Məsələn, açıq suallara layihə hesabatları, təqdimatlar olmalıdır və bunlar qiymətləndirməlidir.

Mövzuyla bağlı “Tehsil365”ə Rizvan Fikrətoğlu açıqlama verib.

Ekspert bildirib ki,”demək olar çox az məktəblərdə layihə hesabatları, təqdimatlar var.Mərkəzləşmiş imtahanların rolu azaldılmalıdır. Yəni məhz bu imtahanlar təhsil prosesini deformasiya edir, balans tələb olunur.”

“Burada daxili imtahanlar genişləndirilməlidir, ölçüsü fərdiləşmə və inklüziv təhsil olmalıdır. Yəni optimum sinif ölçüsü özəl təcrübələr göstərir ki, 20 -25 şagird riyazi və sosial dəstək üçün əlverişlidir. Bizdə siniflərdə şagird sayı fənlər nəzərə alınmaqla uyğunlaşdırıla bilər. Fərdi təlim planları olmalıdır, yəni xüsusi ehtiyacı olanlar və istedadlar üçün adapto planlar olmalıdır. Mütləqi əlil olan uşaqlar üçün fiziki infrastrukturu və müəllim hazırlığı təmin edilməlidir. Rəqəmsal transformasiya və texnologiya ağıllı inteqrasiyasından istifadə etmək lazıÜmumiyyətlə, tədris resursları rəqəmsallaşdırılmalıdır, elektron dərsliklər, interaktiv dərs modulları, test platformaları, bunlar elektrona da keçməlidir. Təlim hibrid modellər də olmalıdır. Yəni ev şəraitində təhsil üçün onlayn modul və sinifdə praktika buna önəm vermək lazımdır. Texnologiya deyil, nə də texnologiya üçün müəllim təlim olmalıdır. Yəni müəllim texno interfeys inteqrasiya olunmalıdır. Sadəcə cihaz yox, ondan necə istifadə etmək lazım olduğunu da öyrətmək lazımdır və uşaqların onlayn təhlükəsizlik və media savadlılığı da artırılmalıdır.”

Ekspertin sözlərinə görə“bu istiqamətdə düşünürəm ki, peşə yönümlü və texniki təhsillə gücləndirilməli, ümumiyyətlə erkən kəşf və istiqamətləndirmə olma əslində peşə maraqlarının və qabiliyyətinin aşkarlanması daha erkən üzə çıxarıla bilər. Sənaye ilə əməkdaşlığ, yerli müəssisələrlə praktiki təcrübələr, stajlar önəmlidir. Dual modellər tətbiq olunmalıdır. Azərbaycanda var, amma qismən var.Dual model o deməkdir ki, sən peşə məktəblərində belədir ki, üç gün müəssisədə olursan, iki gün dərs olursan. Yəni təcrübə praktiki. Bu qəşəng bir şeydirUşaqların psixoloji və sosial rifahına fokuslanmaq önəmlidir. Yəni məktəb daxilində psixoloq və sosial işçi mütləq olmalıdır. Amma bizdə bütün məktəbdə psixoloq yoxdu. Olan psixoloq çoxunun da özlərinin psixoloji problemi var. Bizdə sosial işçilər demək olar ki, az təşkil edir. Problemlər erkən aşkarlanmalıdır sinif idarəçilik və davranış məsələləri üçün onlara dəstək olmalıdır. Ev tapşırıqları balanslı olmalıdır. Uşaq ailəyə də vaxt ayırmalıdır. Oyun da oynaya bilməlidir, normalda yatmalıdır. Sosial emosional öyrənmə mütləq önəmlidir. Elə empatiya, özünüidarə və stresslə mübarizə bir növ dərs modulları kimi təqdim olunmalıdır.”

“Valideyn maariflənməsi çox önəmlidir. Dərs planları, gözləntilər və evdə necə dəstək göstərmək barədə valideynlərə seminar keçmək lazımdır. Məktəb, cəmiyyət partnyorları qorumalıdır. Yerli kütləvi informasiya vasitələri QHT lər, müəssisələrlə birgə layihələr, kitabxana və idman infrastrukturu yəni möhkəm olmalıdır.”

O cümlədən Rizvan Fikrətoğlu qeyd edib ki,”infrastruktur və resurs bölgüsü bizdə düzgün bölünməyib. Regionlarda balans pozulub. Kənd məktəblərində, təchizatımıza interneti, laboratoriyada, kitabxana, siniflərin kompüterləşdirilməsidir. Bu prioritet məsələ olmalıdır və bunlar təmin olunmalıdır. Müasir laboratoriyalar və texniki kabinetlər olmalıdır. Praktika üçün bunlar zəruridir.Məktəblərin təhlükəsiz, enerjiyə qənaət edən binalara çevrilməlidir. Bir növ pilot layihələr mütləq olmalıdır. Müəyyən istiqamətlərdə monitorinq və qiymətləndirmə olmalıdır. Hər bir böyük islahat əvvəlcə 6-12 ay pilot olaraq müəyyən rayonlarda müəyyən ərazilərdə olmalıdır və sonra digər məktəbə keçməlidir. Bundan əlavə, nəzarətçi qurum və yaxud da xarici ekspert qrupları ilə nəticə obyektiv qiymətləndirilməlidir. Daha sonra ola bilər ki, indi bunlar həyata keçməsi müəyyən maliyyə məhdudiyyətləri olsun və yaxud da müəllimlər üçün xoş olmasın. Çünki müəllimlər, xüsusən də orta yaşlı və daha yuxarı nəslin müəllimləri bir az yeniliyə açıq deyillər. Ola bilər çətin olsun, amma mümkündür bu dəyişikliklər. Məsələn, şagirdləri məktəbdə passiv məlumat qəbul edən deyil, gələcəyin müstəqil, yaradıcı və əmək bazarına uyğun fərdləri kimi bir növ formalaşdıra bilər.”

Son olaraq təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, “həmçinin uzunmüddətli olaraq ölkənin iqtisadi, rəqabət qabiliyyətinin və sosial rifahı üçün ümumiyyətlə məsələlər kritik məsələdi və prioritet hala çevrilməlidir”

Xədicə Abbasova

Haber akışı

Şu anda haber akışın da haber yok...