Təhsil 365 - Logo Mobile

Bərdədə 25 yaşlı müəllimə evlənmək məqsədi ilə oğurlanıb

10414.10.2025 - 18:50
Bərdədə 25 yaşlı müəllimə evlənmək məqsədi ilə oğurlanıb

Bərdə rayonunda 25 yaşlı müəllimə evlənmək məqsədi ilə oğurlanıb.

Tehsil365” xəbər verir ki, kənd sakini Mirqismət Əliyev və kənddə orta məktəbdə müəllimi işləyən 2000-ci il təvəllüdlü qızın ailəsi onların ailə qurmasına icazə verməyib. Mirqismət hər dəfə rədd cavabı alandan sonra qızı qaçırmağa qərar verib.

Növbəti gün Mirqismət əmisi oğlu ilə qızı tutaraq öz avtomobillərinə əyləşdirib və Ağdam rayonundakı qohumlarından birinin evinə aparıblar. Həmin evdə qıza təzyiq edərək, razılıq ərizəsi yazdırıb və onu videomüraciət çəkməyə vadar ediblər.

Həmin video qızın valideynlərinə göndərilsə də, onlar polisə övladlarının oğurlandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyatla qızın yeri müəyyən edilib və o, ailəsinə təhvil verilib. Hadisəni törətməkdə şübhəli bilinən Mirqismət və onun əmisi oğlu isə saxlanılıb.

Xədicə Abbasova

Haber akışı

Şu anda haber akışın da haber yok...