Təhsil 365 - Logo Mobile

"Məqsədi olan gənclər demək olar ki,özlərini hər sahədə inkişaf etdirir"

9115.10.2025 - 13:06
"Məqsədi olan gənclər demək olar ki,özlərini hər sahədə inkişaf etdirir"

Müasir gənclərin dərsə marağının azalmasının əsas səbəbi sistemdirmi, yoxsa cəmiyyətin təhsilə baxışıdır? Bu problemi həll etmək üçün psixoloji və pedaqoji yanaşmalar necə birləşdirilə bilər?

Son zamanlarda gənclərin dərsə marağı azalıb.Bunların psixoloji və pedaqoji səbəbləri var.

Bu barədə “Tehsil365”ə təhsil eksperti Elçin Süleymanov açıqlama verib.Onun sözlərinə görə gənclərin dərsə marağının azalması texnologiyanın inkişafı ilə bağlıdır

“Sosial şəbəkələr,mobil telefonlar, müxtəlif əyləncə istiqamətləri və s. marağı azaldır.Çünki əvvəlki nəsildə əyləncə imkanları məhdud idi.Buna görə də kitab oxumaq və dərslərlə məşğul olmaq məcburi və vaxt keçirmənin bir şərti idi.”

“Günümüzdə o qədər sürətli zaman,məkan məhdudiyyəti olmayan məşğuliyyətlər varki, gənclərin bundan qoparaq dərs etmək marağı təbiki çox çətindir.Eyni zaman da mobil telefon,smart texnologiyalara aludəçilik psixoloji olaraqda insanların davranışlarına təsir göstərir.Belə olduqda səbrsiz,uzun müddət diqqət toplaya bilməmək-yəni diqqət dağınıqlığı yaranır.Amma məqsədi olan, müəyyən hədəfi olan gənclər demək olar ki,özlərini hər sahədə inkişaf etdirir. Bunlara xarici dil, kompüter proqramları ilə əlaqəli inkişaf aiddir.”

“Hal hazırda dünya universitetlərinə hər il bir neçə yüz gəncimiz gedir.Kifayət qədər yüksək göstəricilərlə və ordada özlərini doğruldurlar.Nəinki Azərbaycan dünyanın əmək bazarında özünü göstərən gənclərimizdə var.Ona görə bu müsbət nümunələr təbliğ edilməlidir mediada.Başarı hekayələri tətbiq edilməlidir.”

Ekspertin sözlərinə görə “gənclərimiz zamanla fürsət verildikcə özlərini doğruldurlar.Biz buna 44günlük müharibədə,zəfər tariximizdə canlı şahid olduq.Ona görə müəllimlər, valideynlər gənclərimizə güvənməli,yol göstərməli onlara dəstək verməlidir.Zərərli alışqanlıqlar dan uzağ tutmalıdır.Hədəflərini müəyyən etməlidir və arzularına çatması üçün dəstək verməlidir "

Könül Əsgərova

Haber akışı

Şu anda haber akışın da haber yok...