Təhsil 365 - Logo Mobile

Ekspert: “Təhsil müəssisələrində rəqəmsal yeniliklər inkişafın əsas açarıdır”

8815.10.2025 - 13:20
Ekspert: “Təhsil müəssisələrində rəqəmsal yeniliklər inkişafın əsas açarıdır”

Təhsil sahəsində aparılan araşdırmalar göstərir ki, məktəb və ali təhsil müəssisələrində tətbiq olunan yenilikçi metodlar təhsilin keyfiyyətinə birbaşa təsir göstərir.

Bu barədə təhsil eksperti Rəvan Əlizadə “Tehsil365”ə açıqlamasında bildirib.

Məktəblərdə və ali təhsil müəssisələrində yeniliklərin tətbiqinin təhsilin inkişafına mühüm töhfə verə biləcəyini bildirib.

Ekspertin sözlərinə görə, müasir dövrdə təhsilin inkişafı üçün əsas istiqamətlərdən biri rəqəmsallaşmadır.

“Məktəblərdə və universitetlərdə süni intellekt texnologiyalarının, interaktiv tədris platformalarının və onlayn qiymətləndirmə sistemlərinin tətbiqi tədris prosesini daha effektiv edər, müəllim və tələbə arasında qarşılıqlı əlaqəni gücləndirər,” – deyə Rəvan Əlizadə qeyd edib.

O bildirib ki, təhsil müəssisələrində praktiki biliklərin artırılmasına xüsusi diqqət ayrılmalıdır.

“Universitetlərdə tədris proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması, tələbələrin təcrübə proqramlarına cəlb edilməsi və innovativ layihələrin dəstəklənməsi təhsilin keyfiyyətini artıracaq,” – deyə ekspert vurğulayıb.

Rəvan Əlizadənin fikrincə, bu kimi yeniliklərin həyata keçirilməsi ölkədə insan kapitalının inkişafına və rəqabətqabiliyyətli mütəxəssislərin yetişdirilməsinə şərait yaradacaq.

Aydan Quliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...