Təhsil 365 - Logo Mobile

BSU-da maarifləndirici təlim keçirilib

10415.10.2025 - 18:13
BSU-da maarifləndirici təlim keçirilib

Oktyabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Əməyin mühafizəsi və texniki təhlükəsizliyi” mövzusunda maarifləndirici təlim keçirilib.

‘‘Tehsil365’’ bildirir ki, universitetdən bildirilib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 8-ci məqsədinə – “Ləyaqətli Əmək və İqtisadi Artım” – uyğun olaraq keçirilən təlim Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşı Səbuhi Tahirov tərəfindən aparılıb. S.Tahirov iştirakçılara təhlükə anlayışı, təhlükə növləri, təhlükəsizlik nişanları, yanğın nəzəriyyəsi və təsnifatı, odsöndürənlərin növləri, nəzarət tədbirləri, elektrik təhlükəsizliyi və zərərçəkən şəxslərə ilk tibbi yardımın göstərilməsi qaydaları barədə ətraflı məlumat verib.

Təlimin məqsədi tələbələrdə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dair bilik və bacarıqların artırılması, həmçinin bu istiqamətdə məsuliyyətli davranış vərdişlərinin formalaşdırılması olub.

Səma Qarayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...