Təhsil 365 - Logo Mobile

"Peşəkar inkişafı zəif olan müəllim təhsilə töhvə verə bilməz" - Sevinc Purkeştasib

21415.10.2025 - 18:16
"Peşəkar inkişafı zəif olan müəllim təhsilə töhvə verə bilməz" - Sevinc Purkeştasib

“Təhsil hər bir xalqın gələcəyini müəyyən edən əsas amillərdən biridir. Azərbaycanın inkişafında da təhsil sistemi mühüm rol oynayır. Problemlərin həlli üçün bəzi addımlar atılsa da, həllini gözləyən məsələlər hələ də var”.

Bu fikirləri “Tehsil365“ə açıqlamasında təhsil üzrə ekspert Sevinc Purkeştasib deyib. O bildirib ki,

“Əsas problemlərdən biri təhsilin keyfiyyətinin yetərli səviyyədə olmamasıdır. Məktəbdə şagirdlər çox vaxt nəzəri bilikləri öyrənirlər amma bu bilikləri praktiki olaraq tətbiq edə bilmirlər. Təhsil prosesi əsasən imtahan hazırlığına yönəlir və bu da şagirdlərin başqa istiqamətdə təhsil almasının qarşısını alır. Nəticədə isə gənclər ali təhsil müəssisələrini bitirdikdən sonra əmək bazarının tələblərinə cavab verə bilmirlər”.

Ekspert qeyd edir ki, müəllim müasir texnologiyalara uyğunlaşmalıdır:

“Digər problemlərdən biri isə müəllimlərin peşəkar inkişafının zəif olmasıdır. Kompüterdən normal istifadə edə bilməyən müəllimin təhsilə töhvə verə bilməyəcəyi aydındır. Müəllimlərin bir hissəsi yeni kurikulum tələblərinə, müasir texnologiyaların tətbiqinə tam uyğunlaşa bilmirlər. Müəllim öz ixtisasını gözəl bilsə belə, müasir texnologiyalara da uyğunlaşmalıdır”.

Ekspert əlavə edir ki, kənd məktəblərində maddi texniki baza hələ də çox zəifdir:

“Başqa problemlərdən biri isə, regionlar arasında çox ciddi fərqlərin olmasıdır. Şəhər məktəbləri müasir avadanlıqlarla təchiz olunduğu halda rayon və kənd məktəblərində maddi texniki baza hələ də çox zəifdir. Bu da uşaqların öyrənməsinə mənfi təsir göstərir”.

“Sevindirici haldır ki, işğaldan azad olunmuş torpaqlarımızda müasir təhsil müəssisələri inşa edilir. Gənclər təhsilə yönləndirilir”.

Nəticə olaraq ekspert hesab edir ki, əgər keyfiyyətli təhsil istənilirsə, cəmiyyətin hər bir fərdi səylə çalışmalıdır.

Leyla Ağakişiyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...