Təhsil 365 - Logo Mobile

DİM "Azyaşlı öyrənənlər" kvalifikasiya imtahanlarına qeydiyyat elan edir

12516.10.2025 - 05:24
DİM "Azyaşlı öyrənənlər" kvalifikasiya imtahanlarına qeydiyyat elan edir

İmtahan 13 dekabr 2025-ci il tarixində keçiriləcək.

“Tehsil365” Dövlət İmtahan Mərkəzininin məlumatına əsasən xəbər verir ki, imtahana qeydiyyat üçün https://eservices.dim.gov.az/iexams/az/login.aspx daxil ola bilərsiniz. Son qeydiyyat tarixi 29 oktyabr 2025-ci ildir.

Qeyd edilib ki, bu kvalifikasiyalar azyaşlıları (6-12 yaş) ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) imtahanlarını təşkil edir.

Ətraflı məlumat üçün [email protected] poçt ünvanına müraciət edə bilərsiniz.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...