Təhsil 365 - Logo Mobile

DİM TKT (Teaching Knowledge Test) imtahanına qeydiyyat elan edir

11016.10.2025 - 05:35
DİM TKT (Teaching Knowledge Test) imtahanına qeydiyyat elan edir

Dövlət İmtahan Mərkəzi 13 dekabr 2025-ci il tarixində Gəncə şəhərində TKT (Teaching Knowledge Test) imtahanı keçirəcək. İmtahan DİM-in Gəncə Regional Bölməsində təşkil olunacaq. İmtahana son qeydiyyat tarixi 30 oktyabr 2025-ci ildir.

“Tehsil365” bunu DİM-in məlumatına əsasən xəbər verir

Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:

TKT Modul 1

TKT Modul 2

TKT Modul 3

TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi)

TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi)

Qeyd edilib ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.

İmtahana qeydiyyat linki:

https://eservices.dim.gov.az/iexams/az/login.aspx

Əlavə məlumat üçün [email protected] elektron poçtuna suallarınızı ünvanlaya bilərsiniz.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...