Təhsil 365 - Logo Mobile

Ağtafada şəhid övladları üçün ekskursiya təşkil edilib

10817.10.2025 - 06:10
Ağtafada şəhid övladları üçün ekskursiya təşkil edilib

Oktyabrın 16-da Ağstafada "Konstitusiya və Suverenlik İli" çərçivəsində Zəfərin 5 illiyi ərəfəsində şəhid övladlarının Poylu qəsəbə və Qıraq Kəsəmən kənd ərazilərində mövcud olan tarixi mədəniyyət abidələrinə ekskursiyası təşkil edilib.

Tehsil365”xəbər verir ki, ekskursiya çərçivəsində uşaqlar Poylu körpüsü, Qıraq Kəsəmən kənd ərazisində yerləşən İsrafil ağanın evi, XVII əsrlərə aid qala və məscidlərlə yaxından tanış olublar.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Təşkilatının Ağstafa rayon Komitəsinin və “Ağstafa Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları və könüllü gənclər iştirak ediblər.

Ekskursiya zamanı Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, sektor müdiri Turan Hüseynov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Təşkilatının Ağstafa rayon Komitəsinin sədri Gülgin Kərimov şəhid övladlarına tarixi mədəniyyət abidələri haqqında ətraflı məlumat veriblər.

Daha sonra uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə ilə onlar üçün Kür çayının sahilində musiqili-əyləncəli proqram təşkil edilib.

Fatimə Quliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...