Təhsil 365 - Logo Mobile

11-ci sinif arasında dava: şagird bıçaqlanıb

10317.10.2025 - 06:20
11-ci sinif arasında dava: şagird bıçaqlanıb

Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.

“Tehsil365” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin qarşısında qeydə alınıb.

Orta məktəbin 11-ci sinif şagirdləri 2008-ci il təvəllüdlü S.X. sinif yoldaşı N.V. ilə mübahisə edib. Mübahisə nəticəsində S.X. sinif yoldaşı N.V.-yə çoxsaylı bıçaq zərbələri endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin Süleymanlı

Haber akışı

Şu anda haber akışın da haber yok...