"Təhsil365" İnformasiya Agentliyi könüllülər axtarır!
Təhsil365 — təhsil sahəsində ən son xəbərləri, maarifləndirici yazıları və maraqlı reportajları oxuculara təqdim edən müasir informasiya platformasıdır.
Hazırda komandamıza qoşulmaq istəyən motivasiya və yaradıcılıq dolu könüllülər axtarırıq!
Axtarılan sahələr:
Xəbərlərin dərc olunması (redaktor/yazıçı)
Dizayner (afişa, post, vizual hazırlığı)
Sosial media meneceri (Instagram, Facebook, Telegram idarəçiliyi)
Aparıcı (müsahibələr və video təqdimatlar üçün)
Tələblər:
Təhsilə, media və yaradıcı işlərə maraq
Komandada işləmək bacarığı
Məsuliyyətli və aktiv olmaq
Təklif etdiklərimiz:
Media sahəsində real təcrübə qazanmaq imkanı
Sertifikat və tövsiyə məktubu
Komandada inkişaf və yeni əlaqələr
Öz ideyalarını həyata keçirmək imkanı
Necə qoşulmaq olar?
Könüllü olmaq istəyirsinizsə, bizə müraciət edin:
Telefon: 070 887 12 40
Son müraciət tarixi: 15 noyabr

