Təhsil 365 - Logo Mobile

Yardımlıda stolüstü tennis üzrə rayon turniri keçirilib

11117.10.2025 - 11:57
Yardımlıda stolüstü tennis üzrə rayon turniri keçirilib

Oktyabrın 17-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Yardımlı rayon Çayüzü kənd tam orta məktəbində "18 oktyabr–Müstəqilliyin Bərpası Günü” ilə əlaqədar ümumtəhsil orta məktəblərinin şagirdləri arasında stolüstü tennis üzrə Yardımlı rayon turniri keçirilib.

"Təhsil365” xəbər verir ki, turnirdə 23 nəfər idmançı mübarizə aparıb. I, II və III yerləri qazanan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.

Fatimə Quliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...