Təhsil 365 - Logo Mobile

Əli Ələkbərov: “Könüllülük bu gün daha çox insanı əhatə edən, rəngarəng və faydalı bir fəaliyyətə çevrilmişdir”

11717.10.2025 - 14:03
Əli Ələkbərov: “Könüllülük bu gün daha çox insanı əhatə edən, rəngarəng və faydalı bir fəaliyyətə çevrilmişdir”

‘‘Son illərdə könüllülük fəaliyyəti dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da geniş vüsət alıb. Müasir texnologiyalar, sosial şəbəkələr və beynəlxalq layihələr insanların bu sahəyə marağını artırıb’’.

Təhsil eksperti Əli Ələkbərov “Tehsil365”ə açıqlamasında qeyd edib ki, könüllülük ideyası hələ XX əsrin əvvəllərindən formalaşmağa başlayıb:

“XX əsrin əvvəllərində könüllü fəaliyyətlə məşğul olan bir sıra beynəlxalq təşkilatlar yarandı. Onlar cəmiyyətin müxtəlif sahələrində insanlara dəstək olmağa başladılar. İkinci Dünya müharibəsindən sonra könüllü hərəkatı daha da genişləndi və inkişaf etdi. Nəticədə Sülh Korpusu və BMT Könüllüləri kimi mühüm təşkilatlar yarandı.”

Ekspertin sözlərinə görə, son onilliklərdə könüllülük fəaliyyəti artıq qlobal miqyas alıb:

“Beynəlxalq könüllü layihələr dünyanın müxtəlif guşələrindən insanları bir araya gətirir və onlara ümumi məqsədlər naminə çalışmaq imkanı verir. Müasir texnologiyalar, xüsusən də internet və sosial şəbəkələr könüllülüyü daha populyar və əlçatan etmişdir. İnsanlar rahatlıqla könüllü layihələr haqqında məlumat əldə edə, onlara qoşula və öz töhfələrini verə bilirlər. Beləliklə, könüllülük bu gün daha çox insanı əhatə edən, rəngarəng və faydalı bir fəaliyyətə çevrilmişdir.”

Ə.Ələkbərov bildirib ki, könüllülük fəaliyyəti tələbələrin inkişafında mühüm yer tutur:

“Könüllülük fəaliyyəti tələbələrin şəxsi və peşəkar inkişafında mühüm rol oynayır. Bu proses gənclərə həm ünsiyyət bacarıqlarını, həm komanda ilə işləmək qabiliyyətini, həm də məsuliyyət hissini inkişaf etdirmək imkanı yaradır. Könüllü fəaliyyət zamanı əldə edilən təcrübə gələcək karyera üçün dəyərli bir addımdır. Tələbələr bu prosesdə həm cəmiyyətə fayda verir, həm də öz potensiallarını kəşf edirlər.”

Ekspert əlavə edib ki, “Tehsil365” platforması könüllülüyün gənclər arasında təbliğinə xüsusi diqqət ayırır:

“Biz 'Tehsil365' olaraq çalışırıq ki, könüllülük proqramımız gənclərin bilik və bacarıqlarının artırılmasına, onların sosial aktivliyinin güclənməsinə xidmət etsin. 'Könüllü müxbir' layihəsi artıq 2-ci buraxılışını həyata keçirir. Onu da qeyd edim ki, Azərbaycanda ilk xəbər portalı hesab edilir ki, universitetə yeni daxil olmuş, yəni 1-ci kurslara müxtəlif təlimlər keçir, onları gələcəyə bir jurnalist kimi hazırlayırıq.”

Səma Qarayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...