Təhsil 365 - Logo Mobile

Yardımlıda "18 Oktyabr-Müstəqilliyin Bərpası Günü" münasibətilə gənclərlə görüş keçirilib

10517.10.2025 - 17:18
Yardımlıda "18 Oktyabr-Müstəqilliyin Bərpası Günü" münasibətilə gənclərlə görüş keçirilib

Oktyabrın 17-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Yardımlı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Yardımlı Peşə Məktəbinin tələbələri ilə görüş keçirilib.

Tehsil365” xəbər verir ki, görüş zamanı gənclərə müstəqilliyimizin bərpa olunmasının tarixi, suverenliyimizin bərpası və bu illər ərzində aparılan işlər barədə məlumat verilib.

Daha sonra gənclər Yardımlı Heydər Əliyev Mərkəzində yerləşən eksponatlarla tanış olub, Ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli yol barədə məlumat əldə ediblər.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...