Təhsil 365 - Logo Mobile

"Dərslər təkcə nəzəriyyə ilə məhdudlaşmır" - Riad Aslanzadə

10817.10.2025 - 17:38
"Dərslər təkcə nəzəriyyə ilə məhdudlaşmır" - Riad Aslanzadə

Keçmiş SSRİ Ali Təhsil Nazirliyinin qərarına əsasən 1944-cü ildə birinci dəfə Azərbaycan Dövlət Universitetində coğrafiya ixtisası üzrə tələbə qəbulu aparıldı və geologiya-coğrafiya fakültəsi yaradıldı.

“Tehsil365” xəbər verir ki, 1945–1946-cı tədris ilindən fakültədə coğrafiya ixtisası üzrə azərbaycan və rus bölmələrinə tələbə qəbulu aparıldı. Aidiyyətli nazirliklərin və Azərbaycan Elmlər Akademiyası institutlarının kadr tələbatını nəzərə alaraq və fakültədə kartoqrafiya (1972-ci il), hidrometeorologiya (1973-cü il) və ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə (1979-cu il) kafedraları yaradıldı. 1970-ci illərdən BDU geologiya-coğrafiya fakültəsində kartoqrafiya, hidrometeorologiya və ekologiya ixtisaslarına tələbə qəbul edildi.

Bakı Dövlət Universitetində bu ixtisasın necə tədris edildiyini həmin ixtisasda təhsil alan tələbə Riad Aslanzadədən soruşduq:

"BDU-nun Coğrafiya Müəllimliyi fakültəsində təhsil keyfiyyəti haqqında deyə bilərəm ki, ümumilikdə dərs səviyyəsi yüksəkdir. Bizə dərs keçən müəllim heyəti peşəkar və təcrübəlidir, bu da fundamental biliklərin möhkəm təməlini qoymağa imkan verir. Dərslər təkcə nəzəriyyə ilə məhdudlaşmır, eyni zamanda praktik məşğələlərə və sahə təcrübələrinə də xüsusi diqqət yetirilir. Məsələn, biz tez-tez ekspedisiyalarda iştirak edirik ki, bu da coğrafi prosesləri yerində müşahidə etməyə və öyrəndiklərimizi real həyatla əlaqələndirməyə kömək edir. Düzdür, bəzən daha müasir tədris texnologiyalarının daha aktiv tətbiqinə ehtiyac duyulur, lakin ümumilikdə, gələcək müəllim kadrı kimi hərtərəfli bilik və bacarıqlar əldə edirik."

Raul Qarayev

Haber akışı

Şu anda haber akışın da haber yok...