Bu gün Azərbaycanın tarixi zəfərlərindən biri — Xudafərin körpüsünün azad edilməsinin 5 ili tamam olur. 2020-ci il oktyabrın 18-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qədim tariximizin simvolu sayılan Xudafərin körpüsünü işğaldan azad edərək böyük qələbənin təməl daşlarından birinə imza atdı.
“Tehsil365” xəbər verir ki, Xudafərin körpüsü əsrlər boyu Azərbaycan xalqının mədəni irsinin, birliyinin və gücünün rəmzi olub. Onun yenidən azad edilməsi, Qarabağın və Cəbrayıl rayonunun bərpası istiqamətində atılan addımlar bu gün də davam etdirilir.
Beş il sonra Xudafərin körpüsü təkcə bir keçid deyil, həm də azadlığın, əzmin və milli qürurun simvolu kimi ucalır. Azərbaycanın ərazi bütövlüyünü qorumaq uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyir, bu qələbəni təmin edən igidlərimizi qürurla yad edirik.

