Təhsil 365 - Logo Mobile

Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 34 il keçir

12317.10.2025 - 19:58
Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 34 il keçir

1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməklə, xalqımızın azadlıq arzusunu reallığa çevirdi. Bu sənəd əsrlər boyu müstəqillik uğrunda mübarizə aparan xalqımızın tarixi qələbəsinin rəmzinə çevrildi.

Tehsil365” xəbər verir ki, həmin gündən etibarən Azərbaycan beynəlxalq aləmdə müstəqil dövlət kimi tanındı və öz milli maraqlarına əsaslanan siyasət yürütməyə başladı. Müstəqillik illərində ölkə böyük inkişaf yolu keçib, iqtisadi, siyasi və sosial sahələrdə mühüm nailiyyətlər əldə olunub.

Bu gün isə Azərbaycan xalqı müstəqilliyin 34-cü ildönümünü qürur və fərəhlə qeyd edir. Dövlətçiliyimizin möhkəmlənməsi, ölkənin suverenliyinin qorunması və gələcək nəsillərə azad, güclü Azərbaycan miras qoymaq hər bir vətəndaşın borcuna çevrilib.

Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır!

Xədicə Abbasova

Haber akışı

Şu anda haber akışın da haber yok...