Azərbaycan Respublikasının Gənclər Fondunundəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərinİnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyatakeçirilən “Səyyar Gənclər Xidməti” layihəsi ölkənin müxtəlifregionlarında gənclərin inkişafına töhfə verməyə davamedir.
“Tehsil365” xəbər verir ki, bu dəfə xidmətin növbəti hədəfi 13-17 oktyabrtarixlərində Şəki gəncləri olub. “Suveren dövlət, vətənpərvər gənclik” devizi ilə reallaşan layihə gəncləridövlət dəstəyi mexanizmləri ilə daha yaxından tanışetmək, onların ictimai fəallığını artırmaq, dövlət gənclərsiyasətinə dair biliklərini genişləndirmək məqsədi daşıyıb.
Layihənin Şəkidəki açılış mərasimində çıxış edən Şəkişəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlərşöbəsinin müdir müavini Sadiq Yusifov və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev Səyyar GənclərXidmətinin gənclərin şəxsi və peşəkar inkişafının arıtırılması, o cümlədən dövlətçilik və vətənpərvərlik dəyərlərinə bağlılığınınmöhkəmləndirilməsi istiqamətindəki faydalılığından bəhsediblər.
5 gün müddətində Şəki gəncləri xidmət çərçivəsindəyaradılmış “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suverengənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və“Əyləncə” adlı zonalara yaxınlaşaraq intellektual oyunlar, viktorinalar, debat sessiyaları və master-klasslar vasitəsilə özpotensiallarını nümayiş etdiriblər.
Səyyar Gənclər Xidməti tərəfindən təşkil edilən sessiyalarzamanı gənclərə sağlam həyat vərdişlərinin formalaşdırılması, narkomaniyanın fəsadları və onunla mübarizə yolları, rəqəmsalsavadlılığın əhəmiyyəti, eləcə də yaradıcı düşüncə tərzinininkişafı kimi aktual mövzularda zəruri bilik və bacarıqlaraşılanıb. Gənclər maarifləndirici sessiyalar zamanımütəxəssislərlə birbaşa ünsiyyət quraraq öz suallarınıünvanlamaq imkanı əldə ediblər. Bununla yanaşı, VətənMüharibəsi iştirakçıları ilə görüşlər zamanı gənclər onlarındöyüş xatirələrini öz dillərindən eşidərək vətənpərvərlik ruhunudaha dərindən hiss ediblər.
Xatırladaq ki, cari ilin 5 avqust tarixində start verilən“Səyyar Gənclər Xidməti” layihəsi indiyədək Cəbrayıl, Ağdam, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Qax, Zaqatalavə Balakən rayonlarında uğurla icra edilib.

