Təhsil 365 - Logo Mobile

"Tehsil365" xəbər portalı "Məzun günü" tədbiri keçirib

13218.10.2025 - 17:22
"Tehsil365" xəbər portalı "Məzun günü" tədbiri keçirib

“Tehsil365” xəbər portalında 3 aylıq fəaliyyət göstərən könüllülərlə vidalaşma mərasimi baş tutub. Tədbir zamanı könüllülərin fəaliyyətləri yüksək qiymətləndirilib, onlara sertifikat və diplomlar təqdim olunub.

Mərasimdə çıxış edən redaksiya əməkdaşları könüllülərin Tehsil365-in inkişafında mühüm rol oynadığını, onların zəhmət və təşəbbüskarlıqlarının portalın uğurlarında böyük paya sahib olduğunu vurğulayıblar.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib, gələcək planlar və yeni layihələr barədə fikir mübadiləsi aparılıb.

Tehsil365 komandası bütün könüllülərə əməkdaşlığa və göstərdikləri dəstəyə görə təşəkkür edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.

Leyla Ağakişiyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...