Təhsil 365 - Logo Mobile

“Bu gün jurnalistikada əsas məqsəd keyfiyyət yox, reytinq olub” — İsa Şükürov

10018.10.2025 - 19:37
“Bu gün jurnalistikada əsas məqsəd keyfiyyət yox, reytinq olub” — İsa Şükürov

Müasir dövrdə jurnalistikanın mahiyyəti və onun cəmiyyətdəki rolu getdikcə dəyişir. Texnologiyanın inkişafı, sosial medianın təsiri və sürətli xəbər axını jurnalist peşəsinə yeni çalarlar gətirib. Artıq informasiyanın keyfiyyətindən çox, onun nə qədər izlənməsi və müzakirə doğurması ön plana çıxıb. Bu isə jurnalistikanın əsas missiyası – cəmiyyətə obyektiv, dəqiq və faydalı məlumat təqdim etmək prinsipini kölgədə qoyur.

Mövzu ilə bağlı jurnalist İsa Şükürov “Tehsil365”ə açıqlamasında bildirib ki, hazırda mediada prioritetlər tam dəyişib və keyfiyyət anlayışı arxa planda qalıb:

“Təəssüf ki, keyfiyyətlər çox dəyişib. Mən şou sahəsindən danışa bilərəm. Bu gün saytlar İP (yəni, oxunuş) gətirəcək xəbər və xəbər başlıqlarına can atır, televiziyalar isə reytinq uğrunda ölüm-dirim mübarizəsi aparır. Bu nə qədər davam edəcəksə, keyfiyyətdən danışmaq düzgün deyil,” — deyə jurnalist qeyd edib.

O vurğulayıb ki, bu gün bir çox media nümayəndələri dərin araşdırma və keyfiyyətli yazı hazırlamaq əvəzinə, daha çox səs-küylü və qalmaqallı xəbərlərə üstünlük verirlər:

“Jurnalistlər keyfiyyətli yazı, keyfiyyətli iş əvəzinə ölkə gündəmini zəbt edəcək qalmaqal, səs-küylü hadisə tələb olunur. Düzdür, az da olsa, yaxşılar qalıb. Amma müşahidəm onu göstərir ki, ortalığı qarışdıran, olmayan yerdən qalmaqal yaradan, ağlına və ağzına gələni yazana, danışana bu gün ‘keyfiyyətli iş gördü’ deyirlər.”

Səma Qarayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...