Zəngilan şəhərinin işğaldan azad edilməsindən 5 il ötür. Şəhərin azad olunması Azərbaycanın tarixi qələbələrindən biri hesab olunur.
“Tehsil365” xəbər verir ki, ötən illər ərzində Zəngilanın bərpası və inkişafı istiqamətində mühüm addımlar atılıb. Yeni infrastruktur layihələri və təhsil müəssisələrinin açılması bölgənin sosial-iqtisadi həyatını canlandırıb.
Azad olunan Zəngilan həm də milli həmrəyliyin, vətənpərvərliyin və dövlətin gücünün simvolu kimi dəyərləndirilir. Əhalinin şəhərə qayıdışı və yeni nəsil üçün təhsil imkanlarının artırılması diqqət mərkəzindədir.

