Təhsil 365 - Logo Mobile

Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert xidmətlərinə dair müsabiqə elan edilir

8820.10.2025 - 07:41
Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert xidmətlərinə dair müsabiqə elan edilir

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərslik, dərs vəsaiti və digər tədris metodik vəsaitlərin hazırlanması Qaydası”na əsasən hazırlanmış dərsliklərin qiymətləndirilməsi üçün ekspert xidmətləri üzrə müsabiqə elan olunur.

Tehsil365” xəbər verir ki,seçilmiş ekspertlər aşağıdakı fənlər üzrə dərslik komplektlərinin (dərslik və dərsliklə komplekt təşkil edən metodik vəsait) layihələrini müvafiq meyarlar əsasında qiymətləndirəcəklər:

• Azərbaycan dili (tədris dili);

• Azərbaycan dili (dövlət dili);

• Riyaziyyat;

• Həyat bilgisi;

• Azərbaycan tarixi;

• Coğrafiya;

• Fizika;

• Biologiya;

• Kimya.

Əlavə olaraq, dərsliklərin dil-üslub baxımından qiymətləndirilməsi üzrə də (Azərbaycan və rus dillərində) ekspert xidməti tələb olunur.

Müraciətlərin qəbulu [email protected] elektron poçt ünvanı üzərindən aparılır.

Müsabiqədə iştirak üçün son müraciət tarixi 24 oktyabr 2025-ci il, saat 21:00 müəyyən edilib.

Xədicə Abbasova

Haber akışı

Şu anda haber akışın da haber yok...