“Tehsil365” ARTİ-yə istinadən xəbər verir ki, 19 oktyabrda Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (IJSO 2025) seçmə imtahanının II mərhələsi keçirilib.
Seçmə imtahanının nəticələrinə əsasən ən yüksək nəticə göstərən 6 nəfər şagird Rusiyada təşkil ediləcək Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (IJSO 2025) ölkəmizi təmsil edəcək.