İmtahan 18 oktyabr 2025-ci il tarixində DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.
“Tehsil365” DİM-in məlumatına əsasən xəvər verir ki, bu kvalifikasiyalar azyaşlıları (6-12 yaş) ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur. İmtahanda 16 nəfər iştirak edib.
Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) imtahanlarını təşkil edir.
İmtahan iştirakçıları nəticələrini elektron qaydada 6 həftə sonra əldə edə bilərlər.
Əlavə məlumat üçün [email protected] elektron poçtuna suallarınızı ünvanlaya bilərsiniz.