Təhsil 365 - Logo Mobile

Azərbaycan dili və informatika fənləri üzrə ilk seminarlar keçirilib

12420.10.2025 - 18:25
Azərbaycan dili və informatika fənləri üzrə ilk seminarlar keçirilib

Oktyabrın 20-də Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və informatika fənləri üzrə ilk seminarlar keçirilib.

“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, seminarlarda gündəlik məsələlər: Azərbaycan dili fənnindən ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı, informatika fənnindən isə ali təhsil müəssisələrinə I (Rİ altqrupu) ixtisas qrupu üçün qəbul imtahanı proqramlarının müzakirəsi olub.

Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbyacan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutların müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Bərdə, Xaçmaz, Şəmkir, Göyçay) ilə onlayn bağlantı vasitəsilə həmin bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.

Seminarlarda Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva iştirakçıları salamlayaraq iş planı haqqında ətraflı məlumat verib. O qeyd edib ki, seminarlarda birinci vacib məsələ proqramların müzakirəsi və təsdiqidir. Müvafiq fənn kurikulumlarının təlim nəticələrinə və məzmun standartlarının tələblərinə uyğun hazırlanmış proqramlar hələ sentyabr ayından layihə şəklində DİM-in internet səhifəsində yerləşdirilib. Proqramların əsas ədəbiyyat siyahısında dərsliklər göstərilib. Çünki imtahan materialları yalnız dərsliklərə əsaslanır. Əlavə ədəbiyyat siyahısında isə imtahanlara hazırlaşmaq üçün köməkçi materiallar öz əksini tapıb.

Daha sonra Azərbaycan dili fənnindən seminar rəhbəri professor Mirzəyev Ataəmi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramının, informatika fənnindən isə seminar rəhbəri f.r.e.n. Qafarov İsmayıl I ixtisas qrupu üzrə qəbul proqramının məzmunu, mahiyyətinə dair çıxış ediblər. Qeyd edilən məsələlərlə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Müzakirələr növbəti həftə davam etdiriləcəkdir.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...