Təhsil 365 - Logo Mobile

Ş.Mustafayev: ''Ortaq türk əlifbası dilimizi daha da gücləndirəcək''

10120.10.2025 - 18:45
Ş.Mustafayev: ''Ortaq türk əlifbası dilimizi daha da gücləndirəcək''

Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Şahin Mustafayev ortaq türk əlifbasının tətbiqi istiqamətində görülən işlər, eləcə də Akademiyanın elm və innovasiya sahəsindəki layihələri ilə bağlı açıqlamalar verib.

‘‘Tehsil365’’ xəbər verir ki, Ş.Mustafayev “TRTAVAZ”a verdiyi açıqlamada bildirib ki, "Ortaq əlifbanın qəbuluna inanırıq, bu addım dil və mənəvi bağlarımızı daha da gücləndirəcək. Nəqliyyat, enerji və rabitə əlaqələri isə türk dövlətlərinin davamlı inkişaf strategiyasında mühüm yer tutur".

Onun sözlərinə görə, Qəbələ Zirvəsində ortaq türk əlifbası ilə bağlı layihələr yenidən gündəmə gətirilib və ötən il qəbul olunmuş “Ortaq Türk Əlifbası Bəyannaməsi” bu istiqamətdə önəmli bir mərhələdir.

Akademiyanın artıq ortaq türk əlifbası ilə nəşrlərə başladığını qeyd edən Ş.Mustafayev deyib:
“Yeni əlifbanın imkanlarını nümayiş etdirmək məqsədilə Akademiya Abay Kunanbayevin “Qara sözlər” və Çingiz Aytmatovun “Ağ gəmi” əsərlərini ortaq türk əlifbası ilə eksperimental olaraq nəşr edib. Bu nəşrlər Türk dünyasının mədəni birliyinin konkret təzahürüdür. İnanırıq ki, ortaq əlifba dil və mənəvi bağlarımızı daha da gücləndirəcək, elmi və təhsil müəssisələri arasında əməkdaşlığı asanlaşdıracaq və ortaq mədəni inkişaf üçün möhkəm zəmin yaradacaqdır”.

Səma Qarayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...