Təhsil 365 - Logo Mobile

Dövlət İmtahan Mərkəzində növbəti təlim keçirilib

8620.10.2025 - 18:38
Dövlət İmtahan Mərkəzində növbəti təlim keçirilib

20 oktyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun müdiri Sevinc Məmmədova tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Cəmiyyətə xidmət psixologiyası: Dövlət qulluqçusunun daxili motivasiyası” mövzusunda distant formada təlim keçirilib.

“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, təlim zamanı iştirakçılar xidmətin mənəvi dəyərlərini, işdə daxili enerjinin rolunu və motivasiyanın azalmasının nəticələrini müzakirə etdilər. Təlimdə dövlət qulluqçularında xidmət ruhunu, məsuliyyəti və vətəndaşlara yönəlik davranışı gücləndirmək, motivasiyanı qoruma yolları və dövlət xidmətində sağlam emosional mühitin əhəmiyyəti vurğulandı.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...