Təhsil 365 - Logo Mobile

Dövlət İmtahan Mərkəzində oktyabrın 22-də GRE imtahanı keçiriləcək

12120.10.2025 - 18:53
Dövlət İmtahan Mərkəzində oktyabrın 22-də GRE imtahanı keçiriləcək

ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı 2025-ci il oktyabrın 22-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) təşkil olunacaq.

“Tehsil365” bunu DİM-in məlumatına əsasən xəbər verir.

İştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

GRE General Test imtahanı haqqında daha ətraflı məlumatla https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/gre tanış olmaq mümkündür.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...