Təhsil 365 - Logo Mobile

Biologiya elmləri doktoru Şahniyar Bayramov vəfat edib

10921.10.2025 - 04:55
Biologiya elmləri doktoru Şahniyar Bayramov vəfat edib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru, dosent Şahniyar Bayramov dünyasını dəyişib.

“Tehsil365” xəbər verir ki, bu barədə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu məlumat yayıb.

Məlumata görə, Ş.Bayramov oktyabrın 20-də qısa sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Şahniyar Bayramov 1961-ci il iyulun 1-də Tovuz rayonunun Qaralar kəndində anadan olub. O, H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra elmi fəaliyyətini biologiya sahəsində davam etdirib və mühüm elmi nəticələr əldə edib.

İnci Mehdizadə

Haber akışı

Şu anda haber akışın da haber yok...