Təhsil 365 - Logo Mobile

Təbiəti qoru, tullantını dəyərə çevir!

10521.10.2025 - 05:28
Təbiəti qoru, tullantını dəyərə çevir!

"Tullantıları hədiyyələrə dəyiș" festivalı keçirilib

“Tehsil365”xəbər verir ki,əhalinin tullantıların düzgün idarə olunması, çeşidlənməsi və təkrar emalına diqqətin artırılması, eləcə də gənclərin ekoloji təșəbbüslərdə fəal iştirakına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təșkilatçılığı, Bakı Dövlət Universitetinin, "Araz" supermarketlər şəbəkəsinin, "Azərsun Holdinq"in, "Təkan" ictimai Birliyinin, "EcoHub" ictimai Birliyinin və "Yağmur-2" MMC-nin dəstəyi ilə növbəti "Tullantıları hədiyyələrə dəyiș"' festivalı keçirilib.

Bakı Dövlət Universitetində baș tutan tədbir gənclərin, tələbələrin və vətəndaşların böyük marağına səbəb olub. Festival çərçivəsində iştirakçılar ümumi tutumu 3410 litr olan plastik, 685 litr olan șüşə tullantı və 1481 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər. Tədbir çərçivəsində həmçinin interaktiv maarifləndirici fəaliyyətlər təșkil olunub Bu təșəbbüs ekoloji mədəniyyətin formalaşmasına. vətəndaș məsuliyyətinin artırılmasına və tullantıların düzgün idarə olunmasının təșviqinə mühüm töhfənin bariz nümunəsidir.

Təbiəti qoru, tullantını dəyərə çevir!

Nərmin Süleymanlı

Haber akışı

Şu anda haber akışın da haber yok...