Təhsil 365 - Logo Mobile

Nazir ABŞ-də təhsil alan azərbaycanlı tələbələrə çağırış edib

10521.10.2025 - 05:55
Nazir ABŞ-də təhsil alan azərbaycanlı tələbələrə çağırış edib

Elm və təEhsil naziri Emin Əmrullayev ABŞ-yə səfəri çərçivəsində bu ölkədə təhsil alan 90-a yaxın azərbaycanlı tələbə ilə görüşüb.

“Tehsil365”in məlumatına əsasən bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Corc Vaşinqton Universitetində keçirilən görüşdə nazir ölkəmizdə elm və ali təhsil sistemində son illərdə həyata keçirilən islahatlar, ABŞ universitetləri ilə birgə ikili diplom proqramları, elmi müəssisələrin fəaliyyətinin inkişafı və digər aktual məsələlər barədə tələbələrə məlumat verib.

Görüş zamanı Emin Əmrullayev tələbələri maraqlandıran sualları cavablandırıb, onların akademik və elmi fəaliyyət perspektivləri müzakirə olunub.

Nazir gəncləri təhsillərini başa vurduqdan sonra ölkəmizin əmək bazarına, eləcə də elm və ali təhsil mühitinə öz töhfələrini verməyə çağırıb.

İnci Mehdizadə

Haber akışı

Şu anda haber akışın da haber yok...