Təhsil 365 - Logo Mobile

Azərbaycan müdafiə naziri “Birlik – 2025” təlimində iştirak edən heyətlə görüşüb

2921.10.2025 - 16:18
Azərbaycan müdafiə naziri “Birlik – 2025” təlimində iştirak edən heyətlə görüşüb

Özbəkistanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Birlik – 2025” birgə regional təlimində ölkəmizi təmsil edən hərbi qulluqçularla görüşüb.

“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, keçirilən təlimin ölkələrimiz arasında birgə regional fəaliyyətin effektivliyinə təsirini xüsusi vurğulayan müdafiə naziri təlimdə yüksək peşəkarlıq və bacarıq nümayiş etdirən Azərbaycan Ordusunun komando və PUA heyətlərinin döyüş hazırlığını yüksək qiymətləndirib.

General-polkovnik Z.Həsənov bu cür birgə təlimlərin ordularımızın yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu bildirib.

Nazir təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq “Birlik – 2025” birgə regional təliminin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...