Təhsil 365 - Logo Mobile

Dövlət İmtahan Mərkəzi növbəti test imtahanı keçirib

10321.10.2025 - 16:32
Dövlət İmtahan Mərkəzi növbəti test imtahanı keçirib

Dövlət İmtahan Mərkəzi tərəfindən 21 oktyabr 2025-ci il tarixində sürücülər və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün DİM-in elektron imtahanlar korpusunda növbəti test imtahanı keçirilib.

“Tehsil365” bunu DİM-in məlumatına əsasən xəbər verir.

İmtahanlar elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.

İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim edilib. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir.

Xatırladaq ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında iştirak etmək üçün 1550 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 1492 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1179 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanında 41 namizəd iştirak edib və 22 nəfər müvəffəqiyyət qazanıb.

Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanında isə 28 namizəd iştirak edib və 17 nəfər müvəffəqiyyət qazanıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 22 – 23 oktyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...