Təhsil 365 - Logo Mobile

Taksi sürücüləri üçün imtahan keçiriləcək

9422.10.2025 - 11:49
Taksi sürücüləri üçün imtahan keçiriləcək

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün 3 noyabr tarixində imtahan keçirəcək.

DİM-in məlumatına əsasən “Tehsil365“ xəbər verir ki, imtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Leyla Ağakişiyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...