Təhsil 365 - Logo Mobile

Gələn il 17 mindən çox işaxtaranın peşə hazırlığına cəlbi planlaşdırılır

10624.10.2025 - 10:10
Gələn il 17 mindən çox işaxtaranın peşə hazırlığına cəlbi planlaşdırılır

Gələn il üzrə ölkədə işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli işçi qüvvəsi kimi hazırlanması məqsədilə təşkil olunacaq peşə hazırlığı üçün proqnozlaşdırılan xərclər 26 milyon manat təşkil edir.

Tehsil365” xəbər verir ki, bu, Milli Məclisə təqdim olunan 2026-cı ilin büdcə zərfində əksini tapıb.

Sənədə əsasən 17 500 nəfər işsiz və işaxtaran şəxsin peşə hazırlığına cəlb olunması planlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 1 500 nəfər çoxdur.

Bu çərçivədə peşə hazırlığının təşkili üçün 16.7 milyon manat, təqaüdlərin ödənilməsinə 7.9 milyon manat, beynəlxalq sertifikasiya kurslarına 0.5 milyon manat, peşə hazırlığının təbliğatı forumu üçün 0.5 milyon manat, peşə hazırlığı mərkəzlərində tədris olunan peşələr üzrə əyani tədris materiallarının hazırlanması üçün 0.4 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Nərgiz Süleymanova

Haber akışı

Şu anda haber akışın da haber yok...