Təhsil 365 - Logo Mobile

“Ümumi təhsil haqqında” Qanuna yeni maddə əlavə edilir

10824.10.2025 - 19:15
“Ümumi təhsil haqqında” Qanuna yeni maddə əlavə edilir

“Ümumi təhsil haqqında” Qanuna yeni maddə əlavə edilir

‘‘Tehsil365’’ xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin oktyabrın 24-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Sənə layihəsinə əsasən, “Ümumi təhsil haqqında” Qanuna yeni məzmunda 27.4-cü maddə əlavə ediləcək. Həmin maddədə deyilir: “Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər istisna olmaqla) ödənişlidir. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir”.

Səma Qarayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...