Məktəbəqədər təhsil müəssisəsi rəhbərlərinin diaqnostik qiymətləndirilməsi keçirilib
“Tehsil365” xəbər verir ki,oktyabrın 25-də Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə diaqnostik qiymətləndirilmə keçirilib.
Qeyd edək ki, diaqnostik qiymətləndirilmədə iştirakçılara ümumilikdə 60 sual olmaqla, pedaqoji liderlik üzrə 25, idarəetmə üzrə 15, rifah üzrə 10, pedaqoji etika və əməkdaşlıq üzrə isə 10 sual təqdim olunub. Sualların cavablandırılması üçün iştirakçılara 120 dəqiqə vaxt verilib.
Test imtahanının məqsədi rəhbər vəzifələrdə çalışan şəxslərin bilik və bacarıqlarını qiymətləndirmək, həmçinin imtahan nəticəsində toplanan məlumatları ölçərək təhlil etməkdir.

