Təhsil 365 - Logo Mobile

28 oktyabr – Beynəlxalq Animasiya Günü

5327.10.2025 - 20:01
28 oktyabr – Beynəlxalq Animasiya Günü

Bu gün Beynəlxalq Animasiya Günü qeyd olunur

Tehsil365”xatırladır ki bu gün, 28 oktyabr, dünyada Beynəlxalq Animasiya Günü kimi qeyd olunur. Bu əlamətdar gün animasiya sənətinin yaranma tarixini və inkişaf yolunu xatırlatmaq məqsədi daşıyır.

Beynəlxalq Animasiya Günü ilk dəfə 2002-ci ildə Beynəlxalq Animasiya Filmləri Assosiasiyası (ASIFA) tərəfindən təsis edilib. Tarix isə təsadüfi seçilməyib — 28 oktyabr 1892-ci ildə fransız ixtiraçı Émile Reynaud Parisdə “Optik Teatr” adlı ilk animasiya nümayişini təqdim edib. Məhz bu hadisə müasir animasiyanın başlanğıcı kimi qəbul olunur.Animasiya bu gün dünyanın ən dinamik və yaradıcı sahələrindən biridir. O, təkcə uşaqlar üçün əyləncə deyil, həm də təhsil, kino, reklam və incəsənət kimi bir çox sahələrdə öz mühüm rolunu oynayır.Beynəlxalq Animasiya Günü münasibətilə bir çox ölkələrdə tematik sərgilər, film nümayişləri və yaradıcılıq tədbirləri keçirilir. Bu gün, həmçinin, animasiya sənətinə töhfə verən rəssamların və yaradıcı insanların əməyi xüsusi minnətdarlıqla xatırlanır.

Zərda Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...