Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsinə start verilir.
“Tehsil365” xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi məlumat verib.
2025-ci ildə müsabiqənin test mərhələsində iştirak etmiş və 35 və daha yuxarı bal toplamış namizədlər 29 oktyabr saat 11:00-dan 04 noyabr saat 17:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Vakansiya üzrə müraciət etmiş və keçid balını toplamış bütün namizədlər müsahibəyə dəvət olunacaq. Müsahibədə uğur qazanan və ən yüksək test balına malik namizəd vakant yerə təyin olunacaq, digər namizədlər isə növbəti müsabiqənin müsahibə mərhələsinədək ehtiyat kadrlar siyahısına daxil ediləcək.
Qeydiyyat başa çatdıqdan sonra müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcək.
Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə daimi vakant yerlərin siyahısı təqdim olunur.

