“Tehsil365” məktəb həyatı ilə bağlı yeni layihəyə start verir
“Tehsil365” İnformasiya Agentliyi maraqlı və yenilikçi bir layihəni təqdim edir – “Məktəbdə bir gün”. Layihənin məqsədi şagirdlərin gündəlik məktəb həyatını, dərs prosesini və yaradıcı fəaliyyətlərini izləyicilərə çatdırmaqdır.
“Tehsil365” xəbər verir ki, proqram çərçivəsində məktəblərdəki adi bir gün, dərs saatlarından əlavə məktəb klublarına, idman fəaliyyətlərinə və yaradıcı layihələrə qədər hər şey ictimaiyyətə təqdim olunacaq. Layihə həm valideynlər, həm də təhsil ictimaiyyəti üçün məktəb həyatını daha yaxından tanımaq imkanı yaradacaq.
“Tehsil365” komandası hesab edir ki, bu təşəbbüs şagirdlərin uğurlarının daha geniş auditoriyaya çatdırılmasına, məktəb həyatının maraqlı tərəflərinin işıqlandırılmasına böyük dəstək olacaq.

