Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.
“Tehsil365” xəbər verir ki, bu barədə Xalq artistinin oğlu məlumat verib.
"Anamın səhhətində bəzi problemlər yarandı və onu xəstəxanaya aparmaq qərarına gəldik. Təzyiq, şəkər və digər problemlər var", - deyə o bildirib.
Xəstəxanadan bildirilib ki, 84 yaşlı pasiyentimiz Elmira Rəhimovaya mərkəzimizin Terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyası olunaraq, müvafiq müalicə üsulu təyin edilib.

