Təhsil 365 - Logo Mobile

Tələbələr Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş elmi sessiyada

10631.10.2025 - 16:32
Tələbələr Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş elmi sessiyada

2025-ci il oktyabrın 24-də AMEA Folklor İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti” mövzusunda elmi sessiya keçirilib.

“Tehsil365” bildirir ki, tədbiri giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, Xəzər Universitetinin müəllimi Hikmət Quliyev açıb. “Şairin yaradıcılığı təkcə poetik hadisə deyil, həm də milli düşüncənin, azadlıq ideyasının və mənəvi bütövlüyün bədii ifadəsidir” – deyən Hikmət Quliyev Bəxtiyar Vahabzadə yaradıcılığının ictimai missiya və miqyasına diqqət çəkib.

Sessiyada Folklor İnstitutunun əməkdaşları – Ramazan Qafarlı, Gülnar Osmanova, Gülsümxanım Hasilova,  Şəbnəm Məmmədova,  Xalidə Məmmədova,  Mətanət Abbasova,  Oruc Əliyev,  Xuraman Kərimova,  Leyla Məmmədova və Cəmilə Novruzova müxtəlif məruzələrlə çıxış edərək, Bəxtiyar Vahabzadə yaradıcılığının poetik xüsusiyyətlərinə, xalq ədəbiyyatı ilə əlaqəsinə və əsərlərindəki milli dəyərlərin roluna geniş aspektli baxış təqdim ediblər.

Tədbirdə Xəzər Universitetinin IV kurs tələbələri Nəzrin ŞahsuvarlıFidan Bağırlı da çıxış edərək, şairin yaradıcılığı barədə düşüncələrini bölüşüb və onun şeirlərindən nümunələr səsləndiriblər.

Qeyd edək ki, Nəzrin Şahsuvarlı və Fidan Bağırlı 2024–2025-ci tədris ilinin payız semestri çərçivəsində AMEA Folklor İnstitutunda fil.e.d. Hikmət Quliyevin elmi rəhbərliyi altında təcrübə keçirlər. Təcrübə zamanı tələbələr nəzəri biliklərini müasir elmi yanaşmalar kontekstində tətbiq etmək və tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək imkanı əldə edirlər.

Aysel Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...