Təhsil 365 - Logo Mobile

Bakıda Böyük Misir Muzeyinin açılış mərasiminin canlı yayımı təşkil olunub

11802.11.2025 - 06:08
Bakıda Böyük Misir Muzeyinin açılış mərasiminin canlı yayımı təşkil olunub

Böyük Misir Muzeyinin Qahirədə keçirilən təntənəli açılış mərasiminin Bakıda canlı yayımı təşkil edilib.

“Tehsil365”xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbir Misirin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə gerçəkləşib.

Misirin Azərbaycandakı səfiri Houssam-Eldine Reda tədbirdə çıxış edərək bildirib ki, Böyük Misir Muzeyi təkcə ölkəsinin deyil, bütün bəşəriyyətin mədəni irsinin əks olunduğu möhtəşəm layihədir: “Bu muzey tarix üçün bir inci, insanlığa bəxş etdiyi töhfə baxımından əsl xəzinədir. Biz istədik ki, izləyicilər bu hadisəni xəbərlərdən deyil, Misirdəki tamaşaçılarla eyni anda, birbaşa izləsinlər”.

Sonra Böyük Misir Muzeyinin açılış mərasiminin Qahirədən canlı yayımı təqdim olunub.

Nərmin Süleymanlı

Haber akışı

Şu anda haber akışın da haber yok...