Təhsil 365 - Logo Mobile

Alican Alibeyoğlu: İşğalda olan Azərbaycan torpaqlarının qaytarılmasını böyük həsrətlə gözləmişik

10402.11.2025 - 14:05
Alican Alibeyoğlu: İşğalda olan Azərbaycan torpaqlarının qaytarılmasını böyük həsrətlə gözləmişik

Uzun illər boyu Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının qaytarılmasını böyük həsrətlə gözləmişik.

"Tehsil365" xəbər verir ki, bu sözləri "Serhat TV"nin İdarə Heyətinin sədri Alican Alibeyoğlu Qarabağa növbəti səfəri ərəfəsində jurnalistlərə açıqlamasında deyib.

"Mən ilk dəfə 1989-cu ildə, yəni Sovetlər Birliyi dövründə Bakıya getmişəm. Bu, Bakıya ikinci səfərim olacaq, amma Qarabağa ilk dəfədir ki səfər edirəm. Nəhayət, 30 il sonra arzular reallaşdı. Biz də həmin yerləri görmək istəyirik", - Alican Alibeyoğlu bildirib.

O əlavə edib ki, sabah Bakıdan sonra Qarabağa səfər edəcək.

Qeyd edək ki, Zəfər Gününün 5-ci ildönümü münasibətilə Türkiyədən bir qrup media nümayəndəsi Qarabağa səfərə yola düşüblər. Səfər çərçivəsində qonaqlar Naxçıvanda da olublar.

Elnarə Həmidli

Haber akışı

Şu anda haber akışın da haber yok...