Bu gün, 3 noyabr, Türkiyə siyasi tarixində mühüm hadisələrdən biri – “Susurluq qəzası”nın baş verdiyi gündür.
"Tehsil365"in məlumatına görə, 1996-cı il noyabrın 3-də Balıkəsir vilayətinin Susurluq qəsəbəsi yaxınlığında baş vermiş bu qəza Türkiyə tarixində dövlət, siyasət, polis və mafiyanın əlaqələrini üzə çıxaran hadisə kimi yadda qalıb.
Qəza nəticəsində Türkiyə Böyük Millət Məclisinin üzvü Sədat Bucak yaralanıb, polis rəisi Hüseyn Kocadağ, mafiyaya bağlı olduğu deyilən Abdullah Çatlı və Gonca Us adlı qadın həyatını itirib.
Hadisə ictimaiyyətdə böyük rezonans doğurmuş, “dövlət–mafiya–siyasət əlaqələri” ifadəsi ölkənin siyasi gündəminə daxil olmuşdu. Qəzanın ardından aparılan istintaq və araşdırmalar dövlət strukturlarında gizli əlaqələrin mövcudluğunu ortaya çıxardı və uzun illər davam edən siyasi müzakirələrin əsas mövzusuna çevrildi.

